ABŞ İrana qarşı əməliyyatın adını dəyişə bilər


Pentaqon atəşkəs başa çatarsa, İrana qarşı hərbi əməliyyatın adını 28 fevralda başlayan “Epik Qəzəb” əməliyyatı əvəzinə “Balyoz” əməliyyatı adlandırmağı nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, bu cür müzakirələr ABŞ administrasiyasının İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.
Ağ Evin nöqteyi-nəzərindən yeni ad Konqresin 60 günlük geri sayımını sıfırlayacaq və bundan sonra prezidentin hərbi əməliyyatları davam etdirmək üçün qanunvericilik orqanının təsdiqinə ehtiyacı olacaq.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Amerika lideri İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Tehranın məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumlarında 3375 iranlı həlak olub. 11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqlarına görə tərəflər uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər. 21 apreldə ABŞ lideri İranla atəşkəsin uzadılması niyyətində olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top