Peres “Real Madrid” prezidentliyinə erkən seçkilər elan etdi


İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres klub prezidenti vəzifəsinə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə mətbuat konfransında jurnalistlərə bildirib.
“Bağışlayın, amma istefa verməyəcəyəm. Yeni seçkilər keçirirəm, çünki “Real Madrid” klub üzvlərinə məxsusdur və qərarı onlar verməlidir. Qoy başqaları da namizədliyini irəli sürsünlər və proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə namizədliyini irəli sürə bilər”, - Perez bildirib.
Qeyd edək ki, “Real Madrid”də yeni prezident seçkiləri bundan əvvəl 2029-cu ildə planlaşdırılırdı.
Xatırladaq ki, 79 yaşlı Peres 2009-cu ildən bəri “Real Madrid”in prezidentidir. O, əvvəllər bu vəzifəni 2000-ci ildən 2006-cı ilə qədər tutub. Onun rəhbərliyi dövründə “Real Madrid” yeddi İspaniya liqası titulunu, üç İspaniya kubokunu və yeddi Çempionlar Liqası titulunu qazanıb. Komanda həmçinin yeddi İspaniya Super Kubokunu və beş FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Bu mövsüm “Real Madrid” İspaniya çempionatında erkən məğlubiyyətlə üzləşib və Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top