
ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu açıqlamanı Çinə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbəti zamanı TASS-ın sualını cavablandırarkən verib.
“Bu, baş verə bilər. Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm. Və düşünürəm ki, Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, - Amerika lideri bildirib.
O, əlavə edib ki, artıq səkkiz münaqişənin həllinə nail olub:
“Ukraynada nizamlanma daha da yaxınlaşır”.
Tətbiqimizi yükləyə bilərsiniz