
“Sevilya”nın keçmiş müdafiəçisi Serxio Ramos klubun sahibi olmağın bir addımlığındadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə COPE mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər arasında danışıqlar uğurla davam edir və razılaşmanın bağlanma ehtimalı olduqca yüksəkdir.
Ramos klubun hazırkı səhmdarları ilə danışıqlar aparan “Five Eleven Capital” investisiya şirkəti ilə birlikdə prosesdə iştirak edir.
Mənbənin sözlərinə görə, yekun razılaşma bu gün bağlana bilər.
Qeyd edək ki, daha əvvəl mətbuatda “Sevilya”nın mümkün satış qiymətinin təxminən 450 milyon avro olduğu bildirilirdi. İddialara görə, hazırkı səhmdarlar artıq sövdələşməyə ilkin razılıq veriblər.
Xatırladaq ki, Serxio Ramos “Sevilya” klubunun yetirməsidir. O, 2003-cü ildən 2005-ci ilə qədər “Sevilya” komandasında oynayıb. Daha sonra o, 2023/2024 mövsümündə yenidən kluba qayıdıb.
Serxio Ramos həmçinin, 2005-ci ildən 2021-ci ilə qədər “Real Madrid”də, 2021-ci ildən 2023-cü ilə qədər isə PSJ-də çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz