Çində fişəng fabrikində partlayış: 21 nəfər öldü – Video


Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, dövlət mediasının məlumatına görə, partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.
Bildirilir ki, hadisə nəticəsində xilasedicilər zavoddan 3 km radiusda olan hər kəsi təxliyə ediblər.
“Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatları aparmaq və yaralılara tibbi yardım göstərmək üçün təxminən 500 nəfəri səfərbər edib. Dağıntılar altında qalanları tapmaq üçün isə robotlardan istifadə edilib”, - BBC yazır.
Çin dövlət mediasının verdiyi məlumata görə, partlayışın səbəbini araşdıran polis, fişəng şirkətinin məsul şəxsinə qarşı nəzarət tədbirləri görüb.

DİGƏR XƏBƏRLƏR

Top