“Ələ keçirilən İran tankerlərindəki nefti müsadirə edirik” – Tramp


ABŞ Prezidenti Donald Tramp Hind okeanında ələ keçirilən İran tankerlərindən neftin böyük hissəsinin ABŞ tərəfindən müsadirə olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Salem News Channel”a verdiyi müsahibə zamanı danışıb.
“Həmin neftin əksəriyyəti ABŞ-yə gedir”, - deyə Tramp bildirib.
Qeyd olunur ki, mayın 1-də Florida ştatının Vest Palm Biç şəhərində yerli Forum Klubunun üzvləri ilə danışan Tramp etiraf edib ki, ABŞ ordusu İran neft tankerlərini ələ keçirərkən piratlar kimi davranıb.

DİGƏR XƏBƏRLƏR

Top