
Milanın “İnter” komandası İtaliya futbol çempionatının 35-ci turunda evdə “Parma”nı 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Yeniavaz.com xəbər verir ki, oyun Milandakı “Cüzeppe Meazza” stadionunda keçirilib.
Markus Tyuram birinci hissənin əlavə vaxtında hesabı açıb. İkinci qolu isə 80-ci dəqiqədə Henrix Mxitaryan vurub.
“İnter”in üç oyunu qalıb və onun 82 xalı var. İkinci yerdə qərarlaşan “Napoli”nin isə 70 xalı var. Klub qalan bütün oyunlarda qalib gəlsə, maksimum 9 xal qazana və xalını 79-a çatdıra bilər.
Qeyd edək ki, bu “İnter”in İtaliya Çempionatında 21-ci çempionluğudur. Ötən mövsüm İtaliya çempionluğunu “Napoli” qazanıb.
Xatırladaq ki, “Yuventus” 36 dəfə İtaliya çempionluğunu qazanaraq ən çox titul qazanan komandalar siyahısına başçılıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz