Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi


İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi səhhəti pisləşdiyi üçün həbsxanadan xəstəxanaya köçürülüb.
Yeniavaz.com
CNN telekanalına istinadla xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Telekanalın məlumatına görə, Nərgiz Məhəmmədi Fondu onun Zəncan həbsxanasından İranın Zəncan əyalətindəki yerli xəstəxanaya köçürüldüyünü bildirib.
Vəziyyəti ağır olan Məhəmmədinin ailəsi və tərəfdarları həftələrdir İran rəhbərliyinə müraciət etdiklərini, ona təcili tibbi yardım göstərmək üçün icazə istədiklərini iddia ediblər.
Qeyd edək ki, mart ayında Məhəmmədinin səhhətinin son dərəcə pis olduğu, şübhəli infarkt keçirdiyi və ixtisaslaşmış tibbi yardımdan məhrum edildiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, İranın ən tanınmış insan haqları fəallarından biri olan Nərgiz Məhəmmədi 2023-cü il Nobel Sülh Mükafatına “İranda qadınlara zorakılığa qarşı mübarizəsinə və hamı üçün insan haqları və azadlığın təmin edilməsi uğrunda mübarizəsinə görə” layiq görülüb. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Məhəmmədi bu cəzanın 10 ilini həbsxanada çəkib.

DİGƏR XƏBƏRLƏR

Top