Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”nin bürünc medalını qazandı


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə qarşılaşıb.
Rəqibini məğlub edən R. Məmmədəliyev yarışda üçüncü yeri tutub.
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Turnir mayın 3-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top