
İcarə əsasında “Barselona”da çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford “Tottenhem”in oyunçusu ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Tottenhem” hücumçunu yaxından izləyir və onu klubun hücum xəttini yeniləmək üçün potensial həll yolu kimi görür.
Transfer yalnız London komandasının İngiltərə Premyer Liqasında yerini təmin edəcəyi təqdirdə baş tutacaq.
Qeyd edək ki, klub hazırda liqa cədvəlində 34 xalla 18-ci yerdədir. Reşford bu mövsümdə “Barselona”da 45 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz