
Türkiyəli baş məşqçi Arda Turanın rəhbərlik etdiyi Ukraynanın “Şaxtyor” klubu Donetsk yarımfinalının ilk oyununda İngiltərənin “Kristal Pelas” komandasına qarşı Konfrans Liqası tarixində ən sürətli qolu buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta” statistika portalı məlumat yayıb.
Portalın məlumatına görə, “Kristal Pelas”ın seneqallı yarımmüdafiəçisi İsmaila Sarr 21-ci saniyədə qol vurub.
Qeyd edək ki, Konfrans Liqası Avropanın üçüncü ən nüfuzlu klub yarışmasıdır. O, 2021/22 mövsümündən bəri keçirilir. Hazırkı çempion “Çelsi” klubudur.
Tətbiqimizi yükləyə bilərsiniz