Tramp İranı Ukrayna ilə səhv saldı


ABŞ Prezidenti Donald Tramp hansı münaqişənin əvvəl bitəcəyi ilə bağlı suala cavab verərkən İranı Ukrayna ilə səhv salıb. 
Yeniavaz.com
xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra CNN telekanalına verdiyi müsahibədə Ukraynanın hərbi cəhətdən məğlub olduğunu bildirib.
Telekanal onun səhv etdiyini və burada Ukraynanı yox, İranı nəzərdə tutduğunu bildirib.
“Hansı müharibə birinci bitəcək? Onlar eyni vaxtda bitə bilər. Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub”, - Amerika lideri qeyd edib.
ABŞ Prezidenti hazırda sözügedən ölkənin 159 gəmisinin hər birinin su altında olduğunu bildirib. Dövlət başçısı həmçinin saxta xəbər oxuyanların döyüşlərin bu nəticəsindən xəbərsiz olduğunu vurğulayıb.
“Saxta xəbərlərdən bunu bilə bilməzdiniz, amma onların 159 gəmisi var idi və hər biri hazırda su altındadır. Bu, ümumiyyətlə, olduqca yaxşıdır. Onlar donanmalarını yenidən qurmaqda çətinlik çəkəcəklər. Sizcə, onların donanması, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri yoxdursa, vəziyyətləri necə yaxşı ola bilər?” - Tramp əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top