
Britaniya hökuməti Londondakı Rusiya səfirliyi işçisinin akkreditasiyasını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik izah edib ki, Londonun bu addımı Moskvanın ötən ay Britaniya diplomatını ölkədən çıxarmaq qərarı ilə bağlı olub. O vaxt, ölkənin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onda kəşfiyyat fəaliyyəti əlamətləri aşkar etmişdi.
“Bununla əlaqədar olaraq, Rusiya səfiri Andrey Kelini çağıraraq ona qarşı həyata keçirdiyimiz cavab tədbiri - rusiyalı diplomatın akkreditasiyasını ləğv etmək barədə məlumat verdik. Rusiyanın bundan sonrakı hər hansı hərəkəti eskalasiya hesab ediləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz