Hörmüz boğazının bağlanması Türkiyəyə 24 milyard dollara başa gələ bilər


Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri, neftin qiymətindən asılı olaraq, 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat yayıb.
“Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: əgər neftin qiyməti orta hesabla bir barel üçün 100 dollar səviyyəsində qalarsa, bu, ilin sonuna qədər bizə əlavə 13,6 milyard dollara başa gələcək. Qiymət 125 dollara çatarsa, bu, xərcləri 24 milyard dollara qədər artıracaq. Bunlar əlavə xərclərdir”, - nazir jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran Türkiyə xəzinəsinin təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) məbləğində vergi gəlirlərinin itirilməsinə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top