
“Benfika”nın baş məşqçisi Coze Mourinyo “Real Madrid”in yeni baş məşqçisi olmağa əsas namizəddir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Bildirilib ki, “Real Madrid”in prezidenti Florentino Peres 63 yaşlı məşqçini bu yay geri qaytarmağı planlaşdırır və prosesə fəal şəkildə nəzarət edir.
Qeyd edilib ki, Mourinyo transferi üçün “Real Madrid” “Benfika”ya 3 milyon avroya qədər təzminat ödəməlidir.
Portuqaliyalı məşqçi 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”də çalışıb və bu müddət ərzində üç kubok qazanıb. Madrid klubundakı əvvəlki fəaliyyəti dövründə Mourinyo La Liqa, Kral Kuboku və İspaniya Super Kubokunu qazanıb. 2011-ci ildə o, FİFA-nın “İlin məşqçisi” adını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz