BƏƏ OPEC-dən çıxır


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 1 may tarixindən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxacağını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə WAM dövlət xəbər agentliyi məlumat yayıb.
“Bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də hazırkı və gələcək potensialının hərtərəfli nəzərdən keçirilməsindən sonra qəbul edilib və milli maraqlarımıza və təcili bazar ehtiyaclarının ödənilməsində effektiv şəkildə iştirak etmək öhdəliyimizə əsaslanır”, - məlumatda qeyd edilir.
BƏƏ rəsmiləri bildiriblər ki, ABŞ-İran münaqişəsi fonunda Ərəbistan körfəzi və Hörmüz boğazındakı problemlər də daxil olmaqla, qısamüddətli dəyişkənlik təchizat dinamikasına təsir göstərməkdə davam etsə də, əsas tendensiyalar orta və uzunmüddətli perspektivdə qlobal enerji tələbatının güclü artımına işarə edir.

DİGƏR XƏBƏRLƏR

Top