2026-cı il Dünya Kubokunda sarı vərəqə qaydaları dəyişdiriləcək


Oyunçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün Dünya Kubokunun qrup mərhələsindən və 1/4 finaldan sonra bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ, Kanada və Meksikada keçirilən turnirdə toplanmış xəbərdarlıqlara görə diskvalifikasiya ilə bağlı yeni qaydaların çərşənbə axşamı Vankuverdə keçiriləcək FIFA Şurasının iclasında müzakirə ediləcəyi və təsdiqlənəcəyi gözlənilir.
Əvvəlki Dünya Kuboklarında sarı vərəqələr yalnız 1/4 finaldan sonra qüvvədən düşürdü. Lakin turnirin 48 komandaya qədər genişlənməsini nəzərə alaraq, FIFA diskvalifikasiyaların sayını azaltmaq üçün qaydaları dəyişdirmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top