
25 apreldə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan Kol Tomas Allen prezidentə sui-qəsd cəhdi ittihamı ilə ömürlük həbs cəzasımə məhkum edilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş mətbuat konfransında bildirib.
“Bu gün Ədliyyə Nazirliyi Kolumbiya dairəsindəki federal məhkəmədə Kol Tomas Allenə qarşı üç ittiham irəli sürüb. Birinci ittiham ABŞ prezidentinə sui-qəsd cəhdidir. Bu cinayət ömürlük həbs cəzası ilə nəticələnir”, - deyə Blanş bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs Amerika prezidenti ilə qəbulun planlaşdırıldığı oteldəki otağı əvvəlcədən sifariş edib. Allenin aprelin 24-dən 26-dək orada qalması planlaşdırılıb.
Allenə qarşı digər ittihamlar arasında ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşımaq və zorakı cinayətin törədilməsində odlu silahdan istifadə etmək də var.
Məhkəmə Allen üçün həbs qətimkan tədbiri seçib və ilk iclasını aprelin 30-a təyin edib.
Tətbiqimizi yükləyə bilərsiniz