“OpenAI” daxili Sİ-li smartfon buraxmağı planlaşdırır


“ChatGPT” çatbotunun yaradıcısı “OpenAI”, “Qualcomm” və “MediaTek” çip istehsalçıları ilə smartfon prosessorları üzərində əməkdaşlıq edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TF International Securities”in insayder və analitiki Ming-Çi Kuo məlumat yayıb.
Onun sözlərinə görə, kompüter komponentləri istehsal edən “Luxshare Precision Industry” şirkəti eksklüziv sistem dizaynı və istehsal tərəfdaşı kimi çıxış edir.
Analitik bildirib ki, quraşdırılmış süni intellektli smartfonun kütləvi istehsalı 2028-ci ildə gözlənilir, baxmayaraq ki, son spesifikasiyalar və təchizatçılar 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində müəyyən ediləcək.
Bu məlumatın müstəqil təsdiqi yoxdur. “OpenAI”, “Qualcomm”, “MediaTek” və “Luxshare” şirkətləri şərh verməyiblər.
Bu xəbərin fonunda “Qualcomm” səhmləri 9% artıb, Şençjen Fond Birjasında qeydiyyatdan keçmiş “Luxshare” səhmləri isə 10% artıb. Eyni zamanda, Nyu-York Fond Birjasında “Apple” səhmləri 1,9% ucuzlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top