
Ermənistanda əsas müxalifət partiyası hesab olunan “Güclü Ermənistan” hərəkatının lideri, hazırda həbsdə olan milyarder Samvel Karapetyanın köməkçisi Artur Avanesyan saxlanılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Kandaz” ləqəbli Artur Avanesyan kəşfiyyat zabitidir.
Bildirilir ki, Artur Avanesyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Onun hansı səbəbdən saxlanıldığı barədə hələlik məlumat verilməyib.
Onu da qeyd edək ki, Artur Avanesyan uzun illər işğal altında saxlanılan Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrin tərkibində hərbi cinayətlər törədib.
Tətbiqimizi yükləyə bilərsiniz