
Almaniya çempionu “Bavariya” çempionatın 31-ci turunda səfərdə “Mayns”ı 4-3 hesabı ilə məğlub edərək, Bundesliqada tarixi qol rekorduna imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bayern & Germany” məlumat yayıb.
Məlumata görə, Münhen komandası fasiləyə 3-0 hesabı ilə geridə çıxıb, lakin fasilədən sonra oyunu dəyişərək qələbə qazanıb.
“Bayern & Germany”nin məlumatına görə, bu matç komanda üçün tarixi olub. Belə ki, “Bavariya” Bundesliqa tarixində bir mövsümdə səfər oyunlarında 50 qola çatan ilk komanda olub.
Hazırda Vensan Kompaninin komandasının səfərdə 53 qolu var və onların “Volfsburq”a qarşı daha bir səfər oyunu qalıb.
Qeyd edək ki, Münhen klubu bundan əvvəl cari mövsümün çempionluq titulunu vaxtından əvvəl təmin etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz