“Dünən baş verən hadisə belə bir obyektin zəruriliyini bir daha sübut edir”


ABŞ Prezidenti Donald Tramp son təhlükəsizlik insidentindən sonra Ağ Evdə planlaşdırılan bal zalı layihəsini müdafiə edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşdığı açıqlamada bildirib.
Prezidentin sözlərinə görə, dünən gecə baş verən hadisə belə bir obyektin zəruriliyini bir daha sübut edir: “Əgər Ağ Evdə yüksək təhlükəsizlik standartlarına cavab verən xüsusi hərbi bal zalı mövcud olsaydı, baş verən silahlı insidentin qarşısını almaq mümkün olardı”.
Tramp qeyd edib ki, layihə həm təhlükəsizlik, həm də infrastruktur baxımından vacibdir və tikintinin gecikdirilməsinə yol verilməməlidir.
Xatırladaq ki, ötən gecə Hilton otelində keçirilən tədbir zamanı silahlı insident baş verib. Nəticədə prezident Donlad Tramp və digər yüksək vəzifəli şəxslərlə birlikdə təcili şəkildə təxliyə olunub.
Qeyd edək ki, bal zalı layihəsi uzun müddətdir mübahisə mövzusudur. “National Trust for Historic Preservation” dekabr ayında administrasiyanı məhkəməyə verərək, Ağ Evin Şərq Qanadının sökülməsinin qanunsuz olduğunu iddia edib. Təşkilatın fikrincə, tarixi tikilinin bu şəkildə dəyişdirilməsi üçün prezident və “National Park Service” yetkili deyil.
Buna baxmayaraq, ABŞ apelyasiya məhkəməsi administrasiyaya təxminən 400 milyon dollar dəyərində olan layihənin davam etdirilməsinə icazə verib. Ağ Ev rəsmiləri bildirirlər ki, layihə təhlükəsizlik tədbirlərini gücləndirəcək və infrastrukturun modernləşdirilməsinə xidmət edəcək. Tramp isə əlavə edib ki, tikinti tamamilə özəl donorlar tərəfindən maliyyələşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top