
London marafonunda tarixi nəticə qeydə alınıb və yeni dünya rekordu müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, Keniyalı atlet Sebastiyan Save yarışın qalibi olub. O, 42 km 195 metr məsafəni cəmi 1 saat 59 dəqiqə 30 saniyəyə qət edərək inanılmaz göstəriciyə imza atıb.
Bununla da Save marafon tarixində iki saatdan daha az müddətdə finişə çatan ilk idmançı kimi adını tarixə yazdırıb. Qeyd edək ki, əvvəlki rekord 2023-cü ilin oktyabrında Kelvin Kiptum tərəfindən Çikaqo marafonunda 2 saat 35 saniyə nəticə ilə müəyyən edilib.
Yarışda ikinci pilləni Efiopiya təmsilçisi Yomif Kejelça (1:59.41), üçüncü yeri isə Uqandadan olan Ceykob Kiplimo (2:00.28) tutub. Maraqlıdır ki, ilk üçlük əvvəlki dünya rekordundan daha yaxşı nəticə göstərməyi bacarıb.
Tətbiqimizi yükləyə bilərsiniz