Rusiya Dnepri vurdu − Ölənlər var


Rusiyanın hücumu nəticəsində Dneprdə dördmərtəbəli yaşayış binası qismən dağılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja məlumat yayıb.
Bildirilib ki, azı üç nəfər həlak olub. Son məlumatlara görə, uşaqlar da daxil olmaqla 21 nəfər yaralanıb. Hücum yerində dağıntıların təmizlənməsi davam edir.
Ölkə başçısı Volodimir Zelenski yazıb ki, Rusiya demək olar ki, bütün gecə Dnepr və digər şəhərləri və icmaları atəşə tutub. O bildirib ki, 30-dan çox insan yaralanıb, Çerniqov, Odessa və Xarkov vilayətlərində isə itkilər olub.

DİGƏR XƏBƏRLƏR

Top