Terziç “Atletik”in baş məşqçisi ola bilər – Fabritsio Romano


Alman məşqçi Edin Terziç “Atletik Bilbao”nun baş məşqçisi olmaq üçün əsas namizəddir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Roman sosial şəbəkə səhifələrində məlumat verib.
Onun sözlərinə görə, Bask klubunun rəhbərliyi 43 yaşlı alman mütəxəssisi bu vəzifəyə təyin etmək istəyir.
Terziçin ən son vəzifəsi 2018-ci ildən 2024-cü ilə qədər köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrini icra etdiyi “Borussiya Dortmund” olub. O, əvvəllər həmçinin “Vest Hem” və “Beşiktaş”da da çalışıb.
Hazırda “Atletik Bilbao”ya 2022-ci ildən bəri klubda çalışan və cari mövsümün sonunda komandadan ayrılacaq Ernesto Valverde rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 91-i qələbə, 43-ü heç-heçə və 58-i məğlubiyyət olmaqla 192 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR

Top