
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dekabr ayında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu iddia ilə “The Washington Post” (WP) qəzeti Dövlət Departamentindəki mənbələrə istinadla çıxış edib.
“Hələlik heç bir rəsmi dəvət göndərilməyib, lakin Rusiya G20-nin üzvüdür və nazirlər və liderlər səviyyəsində görüşlərdə iştirak etməyə dəvət olunacaq”, - deyə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi bidirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Rusiyanın bütün G20 görüşlərində iştirakının alqışlandığını açıq şəkildə qeyd edib.
Digər tərəfdən, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında ABŞ-də keçiriləcək G20 sammitində iştirakının çox faydalı olacağını bildirib.
Tramp Rusiya liderinə dəvət göndərib-göndərmədiyi ilə bağlı suala mənfi cavab verib.
“Amma əgər gəlsəydi, bu, çox faydalı olardı”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz