“Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil” − İran XİN

“iran abş ilə yeni danışıqlar raundu planlaşdırmır” – ismayıl bəqai
“İslam Respublikasının nüvə proqramı ABŞ ilə danışıqların əsas mövzusu deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai deyib.
Bəqai qeyd edib ki, əvvəlki danışıqlar raundlarında müzakirələr İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil. Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.
Bəqai əlavə edib ki, danışıqların mövzuları həmçinin vəziyyətdən asılı olaraq dəyişəcək. O qeyd edib ki, İran üçün sanksiyaların aradan qaldırılması və kompensasiya vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top