
Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz tətilinin vaxtı dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, forumun keçirildiyi dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz