
ABŞ dövlət katibi Marko Rubio 23 apreldə Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqlarda yenidən iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat verib.
Onun sözlərinə görə, Rubio ilə yanaşı, ABŞ-nin Livan və İsraildəki səfirləri Mişel İssa və Mayk Hakabi, eləcə də Dövlət Departamentinin müşaviri Maykl Nidhem danışıqlarda iştirak edəcəklər.
Livan və İsrail səfir səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, aprelin 14-də ABŞ-də İsrail və Livan arasında 43 ildən sonra ilk birbaşa danışıqlar raundu keçirilib. Hər iki tərəf səfir səviyyəsində də təmsil olunub.
Tətbiqimizi yükləyə bilərsiniz