
İran milli komandası 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyə tam hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran hökumətinin xüsusi nümayəndəsi Fatimə Mühacərani “Associated Press” agentliyinə məlumat verib.
Mühacərani bildirib ki, İran Gənclər və İdman Nazirliyi milli futbol komandasının Dünya Kubokunda uğurlu çıxışını təmin etmək üçün bütün lazımi tədbirləri görüb.
Qeyd edək ki, aprelin 21-də İranın idman naziri Əhməd Donyamali kifayət qədər təhlükəsizlik təmin edildiyi təqdirdə milli komandanın turnirdə iştirakının mümkün olduğunu, ancaq hələlik bu barədə yekun qərarın verilmədiyini bildirmişdi.
Xatırladaq ki, İran milli komandasının qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirməsi planlaşdırılır. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə dördlükdə yer alır. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə 48 komanda iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz