Millimiz Avropa çempionu oldu


Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Yeniavaz.com
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz titulunu qoruyaraq komanda hesabında 133 xalla Avropa çempionu olub.
Millimiz turniri 2 qızıl, 3 bürünc medulla başa vurub.
Türkiyə 121 xalla ikinci, Gürcüstan isə 118 xalla üçüncü yeri tutub.
Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top