
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Bu sanksiya siyahılarına hazırda səkkiz İran vətəndaşı, eləcə də İran, BƏƏ və Türkiyədən dörd şirkət daxildir. İranın “Mahan Air” aviaşirkətinə məxsus iki “Boeing 777-200ER” təyyarəsi də ABŞ Maliyyə Nazirliyinin qara siyahısına əlavə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz