
“ChatGPT” çatbotunun və süni intellekt kodlaşdırma vasitəsi olan “Codex”in işində problem yaşanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OpenAI” şirkəti öz veb saytında məlumat yayıb.
“Biz bu xidmətlərlə bağlı problemi araşdırırıq”, - məlumatda deyilib.
Eyni zamanda, “Downdetector”ın məlumatlarına görə, istifadəçilər “Google”ın “Gemini” botunun işləməməsindən şikayətlənməyə başlayıblar.
“Google AI Studio” səhifəsində “Gemini API”nin yeni yaradılmış açarları emal etməkdə problemlər yaşadığı bildirilir.
İstifadəçilər həmçinin “Claude” çatbotunun fəaliyyətində problem olduğunu bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz