
Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilən məlumatlara əsasən, bülletenlərin 68,34%-nin sayılmasından sonra sabiq prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası seçkilərdə önə çıxıb.
Yerli vaxtla səhər saat 07:00-a olan nəticələrə görə, koalisiya səslərin 44,5%-ni toplayaraq lider mövqeyini qoruyur.
Seçkilərdə digər əsas siyasi qüvvələrin nəticələri isə belədir:
“Dəyişikliyə Davam Et” bloku və Demokratik Bolqarıstan – 14,002%
GERB və SDS – 13,104%
Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat – 5,386%
İntibah Partiyası – 4,516%
Qeyd edək ki, səsvermə bazar günü keçirilib. 52-ci Xalq Məclisindəki 240 deputat yeri uğrunda ümumilikdə 14 partiya və 10 koalisiyanın nümayəndələri mübarizə aparıb.
İlkin nəticələr göstərir ki, “Proqressiv Bolqarıstan”ın üstünlüyü yeni hökumətin formalaşdırılması prosesində həlledici rol oynaya bilər.
Tətbiqimizi yükləyə bilərsiniz