ABŞ Oman körfəzində İran gəmisini vurdu


ABŞ qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə vuraraq, ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Spruance” idarə olunan raket esminesi Oman körfəzində “Tuska” İran gəmisini ələ keçirib. Onlara dayanmaq üçün açıq xəbərdarlıq edilib. İran heyəti tabe olmaqdan imtina edib. Buna görə də, hərbi gəmimiz mühərrik otağına zərbə endirib və onları dayandırıb. Hazırda ABŞ dəniz piyadaları gəmiyə nəzarət edir”, - Tramp qeyd edib.
Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ tərəfindən ələ keçirilən “Tuska” yük gəmisi İranın Bəndər Abbas limanına doğru gedib. CENTCOM-un məlumatına görə, İran bayrağı altında üzən gəminin heyəti altı saat ərzində təkrarlanan xəbərdarlıqlara cavab verməyib. Bundan sonra “USS Spruance” gəmisi 127 millimetrlik “Mark 45” topundan gəminin mühərrik otağına bir neçə atəş açıb. Daha sonra dəniz piyadaları “Tuska” gəmisinə miniblər.

DİGƏR XƏBƏRLƏR

Top