
7,5 milyondan çox abunəçisi olan “Minecraft Parodies” “YouTube” kanalı, zorakılığa təhrik iddiası ilə bağlanıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbulda aparılan istintaq zamanı kanalın xüsusilə məktəb yaşlı uşaqları hədəf alan videolarının şagirdlərə və müəllimlərə qarşı mənfi davranışlara təşviq edə biləcəyi aşkar olunub.
Bu konteksdə İstanbul Baş Prokurorluğu tərəfindən məzmunun cəmiyyət üçün risk yarada biləcəyi müəyyən edilib.
İstintaq materiallarında “cinayət törətməyə ictimai təhrik” və “cinayəti və cinayətkarı tərifləmək” ittihamlar yer alıb.
İstintaq prosesi zamanı İstanbul Növbətçi Sülh Cəza Məhkəməsinin qərarına əsasən bu “YouTube” kanalının Türkiyədə girişinin bloklanması qərara alınıb.
İstanbul Baş Prokurorluğu qərarın son günlər Türkiyədə məktəblərə, şagirdlərə və müəllimlərə qarşı törədilən dəhşətli silahlı hücumlar fonunda verildiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz