
Bu ilin ilk rübü ərzində Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərə məxsus əmanətlərin ümumi məbləği 16 milyard 587,4 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, fiziki şəxslər tərəfindən ən çox əmanət yerləşdirilən bank “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub.
Fiziki şəxslərin ABB-yə yerləşdirdikləri əmanətlərin ümumi məbləği 3 milyard 562,3 milyon manat təşkil edib. İkinci sırada 3 milyard 315,3 milyon manat ilə “Kapital Bank” qərarlaşıb.
Ən az əmanət yerləşdirilən bank isə “Bank Avrasiya” olub. Bu banka fiziki şəxslər tərəfindən 65,4 milyon manat əmanət yerləşdirilib.
Son 3 ayda – 2026-cı ilin yanvar–mart aylarında fiziki şəxslərin əmanətləri ən çox “AFB Bank”da artıb. Bu bankda yerləşdirilən əmanətlərin məbləği son 3 ay ərzində 45,6% artıb. Ən böyük azalma isə “Azər-Türk Bank”da yerləşdirilən əmanətlərdə qeydə alınıb. Fiziki şəxslərin “Azər-Türk Bank”dakı əmanətləri bu ilin ilk 3 ayında 8,2% azalıb.
Cədvəldə son 3 ayda fiziki şəxslərin banklardakı əmanətləri əks olunub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz