
“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe 1/4 finalın ikinci oyununda Almaniya çempionu “Bavariya”ya (3:4) qol vuraraq, Çempionlar Liqasının unikal rekorduna imza atıb.
Yeniavaz.com “Goals Side” portalına istinadla xəbər verir ki, 27 yaşlı fransız futbolçu turnir tarixində bir mövsümdə səfərdə 10 qol vuran ilk oyunçu olub. Mbappe oyuuun 42-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, yarımfinalda “Bavariya” PSJ ilə, “Arsenal” isə “Atletiko” ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz