
ABŞ dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu arasında ilk videokonfransda vasitəçilik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı diplomatik mənbəyə istinadla məlumat verib.
Mənbə bildirib ki, bunlar üçtərəfli danışıqlar olacaq və dövlət katibi Rubio Livan-İsrail danışıqlarının kuratoru olduğu üçün orada iştirak edəcək.
Qeyd edək ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Netanyahu ilə Aunun cümə axşamı günü danışıqlar aparacağını bildirmişdi. O, bunun İsrail və Livan liderləri arasında 34 ildən sonra ilk söhbət olacağını qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz