
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını həmişəlik açdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Çin Hörmüz boğazını birdəfəlik açdığıma görə çox məmnundur. Mən nunu həm onlar üçün də, həm də dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər. Prezident Si bir neçə həftə sonra ora çatanda məni bərk-bərk qucaqlayacaq. Biz birlikdə ağıllı və çox yaxşı işləyirik! Bu, döyüşməkdən daha yaxşı deyilmi? Əgər lazımdırsa - hər kəsdən daha yaxşı”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, Tramp İranla fikir ayrılıqlarından sonra aprelin 12-də ABŞ-nin Hörmüz boğazını blokadaya aldığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz