UEFA “Barselona”nın hakimliklə bağlı şikayətini rədd etdi


UEFA “Barselona”nın UEFA Çempionlar Liqasının 1/4 finalının “Atletiko Madrid”ə qarşı ilk oyununda hakimliklə bağlı şikayətini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Hadisə matçın 54-cü dəqiqəsində baş verib. Qapıçı Xuan Mussonun ötürməsindən sonra “Atletiko Madrid”in müdafiəçisi Mark Pubil öz cərimə meydançasında əllə oynayıb.
Hakim İştvan Kovaç qayda pozuntusuna görə penalti təyin etməyib və bu, Kataloniya klubunun etirazına səbəb olub.
Oyundan sonra “Barselona” hakimin qərarına etirfaz edərək, UEFA-ya şikayət edib.
UEFA-nın rəsmi saytında dərc olunmuş açıqlamada deyilir ki, 13 aprel 2026-cı ildə UEFA-nın Nəzarət, Etika və İntizam Komissiyası etirazı qəbuledilməz elan edib.
Qeyd edək ki, 8 aprel 2026-cı il tarixində keçirilən UEFA Çempionlar Liqasının 1/4 finalının “Barselona” və “Atletiko Madrid” arasında ilk oyun 0-2 hesabı ilə “Atletiko Madrid”in xeyirnə başa çatıb.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalının ikinci oyunu bu gün Madriddəki “Sivitas Metropolitano” stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top