
Müştərilər tərəfindən “Expressbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb.
Belə ki, hüquqi şəxslərin “Expressbank”dakı depozitləri son 3 ayda 30% və ya 15,5 milyon manat azalaraq bu ilin aprel ayının əvvəlində 36 milyon 205 min manata düşüb.
Onu da bildirək ki, bu ilin mart ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz