
ABŞ Dövlət Departamentinin katibi Marko Rubio 14 apreldə İsrail və Livan arasında birbaşa danışıqlarda iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ-ni Amerika paytaxtında keçiriləcək danışıqlarda Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa da təmsil edəcək. İsrail və Livan isə danışıqlarda səfir səviyyəsində təmsil olunacaq.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah” hərəkatının tərksilah edilməsi və münaqişənin mümkün qədər tez həlli ilə bağlı Livanla birbaşa danışıqlara başlamağı əmr etdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz