Harri Keyndən unikal rekord


“Bavariya”nın ingilis hücumçusu Harri Keyn bir mövsümdə penaltilərdən vurulan qolların sayına görə (15 qol) ilk beşliyə daxil olaraq, rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Score 90” statistika portalı “X” sosial şəbəkə səhifəsində bildirib.
Məlumata görə, bir mövsümdə penaltilərdən vurulan qollar üzrə əvvəlki rekordçu “Boloniya”nın italiyalı hücumçusu Çiro İmmobiledir. O, 2019/2020 mövsümündə 15 dəfə penaltini qola çevirməyə nail olub. Buna görə də, bu kateqoriyada yeganə lider olmaq üçün ingilis futbolçuya tək bir penalti zərbəsini qola çevirmək kifayətdir.
İlk beşlikdə həmçinin, ulduz hücumçular Kriştianu Ronaldo (2012/2013 və 2019/2020) və Lionel Messi (2011/2012) də var. Onlar bir mövsümdə hər biri penaltidən 14 qol vurublar.

DİGƏR XƏBƏRLƏR

Top