İsrail Livanda daha bir hərbçisini itirdi


Livanın cənubunda gedən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (İDF) bir hərbçisi həlak olub, üç hərbçisi isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 30 yaşlı yanğınsöndürən maşın sürücüsü Livanın cənubunda “Hizbullah” qüvvələri ilə toqquşmalar zamanı həlak olub.
Yaralılar tibbi yardım üçün xəstəxanaya təxliyə edilib və ailələrinə hadisə barədə məlumat verilib.
Qeyd edək ki, bundan əvvəl iki həftəlik mühasirədən sonra aprelin 10-da İsrail qüvvələrinin Livanın cənubunda yerləşən Bint Cbeyl şəhərinin şimal və şərq ətraflarını təmizləməyə başladığı bildirilmişdi.
Xatırladaq ki, Bint Cbeyl Litani çayının cənubundakı ən böyük şəhər hesab olunur və İsrail tərəfindən yaradılan bufer zonasına daxil ediləcək ikinci yaşayış məntəqəsinin bir hissəsidir.

DİGƏR XƏBƏRLƏR

Top