Şahin Şıxlinski və oğluna hökm oxundu


Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
e1.ru-ya istinadla xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Təqsirləndirilənlrin hər ikisi hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinib. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi ilə iş açılıb.
Qərara əsasən, Şahin Şıxlinski cəzasını ciddi rejimli, oğlu Mutvalı Şıxlinski isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Şahin Şıxlinski martın 5-də sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub. Buna görə də, Ş.Şıxlinskiyə təyin edilən cəzalar birləşdirilib və ümumilikdə ona 24 il həbs cəzası verilib. Şahin Şıxlinski cəzasının ilk 4 ilini kamerada, geri qalan illəri isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top