
İranda Tehran, Təbriz və Məşhəd şəhərlərini birləşdirən dəmir yolu xətləri yenidən istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, zədələnmiş Tehran–Təbriz və Təbriz–Məşhəd dəmir yolu xətləri təmir olunaraq 4-5 günlük fasilədən sonra qatarların hərəkəti bərpa edilib.
Məlumata görə, bərpa işlərindən sonra Tehran–Təbriz–Van marşrutu üzrə ilk qatar gecə saatlarında Tehrandan Türkiyənin Van şəhərinə yola düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz