
Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Yeniavaz.com xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan yığması ilə ikinci dəfə üz-üzə gəlib və bu qarşılaşmadan da məğlub ayrılıb – 2:5.
Oyun Tbilisi şəhərində yerləşən İdman Sarayında baş tutub.
Xatırladaq ki, komandalar aprelin 9-da da eyni arenada qarşılaşıblar və həmin görüşdə də Gürcüstan millisi 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması ayın 13 və 15-də Aktau şəhərində Qazaxıstan millisi ilə iki yoldaşlıq oyunu keçirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz