
İranın Ali Lideri Müctəba Xamenei tezliklə xalqa müraciət edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyinə İranın Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.
“Ümid edirik ki, çox tezliklə o da birbaşa xalqa müraciət edəcək”, - deyə o qeyd edib.
İlahi xatırladıb ki, bir gün əvvəl atası, İranın əvvəlki ali lideri Əli Xameneinin vəfatının 40-cı günü münasibətilə Müctəba Xameneinin bəyanatı yayılıb.
Qeyd edək ki, bundan əvvəl “The Times” qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadla ali liderin müalicə aldığını və qərar qəbuletmə prosesində iştirak etmədiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz