İran Hörmüzdən keçən gəmilər üçün alternativ marşrut təklif etdi


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərə iki alternativ marşrut təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SEPAH rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Dənizdə müxtəlif gəmi əleyhinə minaların aşkarlanması ehtimalı ilə əlaqədar Hörmüz boğazında SEPAH Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək, boğazdan keçmək niyyətində olan bütün gəmilərdən növbəti xəbərdarlığa qədər alternativ yollardan istifadə etmələri tələb olunur”, - məlumatda qeyd edilib.
Həmçinin, qeyd edilib ki, bu qərar dəniz minaları ilə potensial toqquşma riskini azaltmaq məqsədilə verilib.
SEPAH-ın tövsiyələrində iki alternativ marşrut göstərilir. Hər iki marşrut Larak adasının sularından keçir.

DİGƏR XƏBƏRLƏR

Top